Abxaziya çarlığı
Kutaisidə mövcud olmuş mərkəzləşmiş orta əsr dövləti / From Wikipedia, the free encyclopedia
Abxaziya çarlığı (gürc. აფხაზთა სამეფო Apkhazta samepo) — əvvəlcə Anakopiyada,[1][2] sonra 806-cı ildən Kutaisidə mövcud olmuş mərkəzləşmiş orta əsr dövləti.[3][4] 786-787-ci illərin qovşağında Xəzər xaqanlığının köməyi ilə II Leonun başçılıq etdiyi Bizansdan asılı olmayan Abxaz krallığı elan edildi.[4] Krallığın çiçəklənmə dövrü 850-950-ci illərə təsadüf edir.[3] X əsrin əvvəllərində krallıq Abxaziya və Şərqi Gürcüstanın bir hissəsini, bugünkü Qərbi Gürcüstanı əhatə edirdi. X əsrin ortalarında Kaxetiyanın bir hissəsini və Tao-Klarjetinin şimal əraziləri də onun tərkibində idi. "Böyük Rus Ensiklopediyası" na görə, Abxaziya krallığının gücü zəifləməyə başladı və 975-ci ildə (ədəbiyyatda fərqli şəkildə adlandırılan "Abxaz və Kartvellər çarlığı", "Baqratilər çarlığı", "Abxaz-Kartli çarlığı") vahid gürcü çarlığının bir hissəsi oldu.[5],[6][7][8][9] 978-ci ildə taxt Kartli və Quranduxt kralı Qurgenin oğlu Baqrata[3][10] və abxaz çarı III Teodosinin bacısına keçdi. 1008-ci ildə Baqrat, Kartlini atası Qurgendən miras aldı və Abxaziya və Kartli taclarını birləşdirərək vahid bir Gürcüstan krallığını qurdu.[11][3][10][12][13][14][15][16][17].
Çarlıq | |
Abxaziya çarlığı | |
---|---|
gürc. აფხაზთა სამეფო Apkhazta samepo | |
|
|
|
|
Paytaxt | Kutaisi |
Dilləri | gürcü dili |
Rəsmi dilləri |
gürcü Abxaz-adıq dilləri Kartvel dilləri |
İdarəetmə forması | Mütləq monarxiya |
Vikianbarda əlaqəli mediafayllar |