Agin-Buryat Muxtar Dairəsi
From Wikipedia, the free encyclopedia
Agin-Buryat Muxtar Dairəsi və ya Agin-Buryat Milli Mahalı[1] — Rusiya Federasiyasının subyektlərindən biri. Agin-Buryat Muxtar Dairəsi Şərqi Sibirdə, Zabaykaliyanın cənub-şərqində yerləşirdi. Ərazisi 19,592 m2 olmuşdur. Muxtar dairə ərazisi alçaq-orta dağ relyefi daxilində, Onon və İnqoda çaylarının qovşağında yerləşirdi. Muxtar dairənin əhatə etdiyi ərazinin ən yüksək nöqtəsi Alxanay dağı idi (1663 metr).