Aleksandr Rıbak
From Wikipedia, the free encyclopedia
Aleksandr İqoreviç Rıbak (belar. Аляксандр Ігаравіч Рыбак; d. 13 may 1986, Minsk, Belorusiya SSR) — Belarus-Norveç müğənnisi, bəstəkarı, skripkaçısı və aktyoru. O, "Fairytale" mahnısı ilə Moskvada keçirilən 2009 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və nəticədə 387 xalla ölkəyə müsabiqədə üçüncü qalibiyyətini qazandırmışdır. Avroviziyanın keçmiş səsvermə metodu ilə Rıbakın topladığı səs müsabiqədə rekord göstərici olmuşdur. Onun Fairytales adlı debüt albomu doqquz Avropa ölkəsində Top 20-yə daxil ola bilmiş, Rusiya və Norveçdə isə birincilikdə qərarlaşmışdır. Rıbak 2012 və 2016-cı illərdə Avroviziyada interval aktlarında yer almışdır. O, "That's How You Write a Song" mahnısı ilə Norveçi Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Aleksandr Rıbak | |
---|---|
belar. Аляксандр Рыбак | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Aleksandr İqoreviç Rıbak belar. Аляксандр Ігаравіч Рыбак |
Ləqəbi | Alexander Rybak |
Doğum tarixi | (38 yaş) |
Doğum yeri | Minsk, Belorusiya SSR |
Vətəndaşlığı | Norveç |
Milliyyəti | Belarus |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, aktyor |
Fəaliyyət illəri | 2004–h.h. |
Janr |
|
Musiqi aləti | |
Səs tembri | lirik tenor |
Albom şirkəti | Universal Music Group[d] |
Əlaqəsi | Paula Selinq |
alexanderrybak.com | |
Vikianbarda əlaqəli mediafayllar |