Alp dağları
From Wikipedia, the free encyclopedia
Alp dağları (alm. Alpen, fr. Alpes, it. Alpi, sloven. Alpe) — Qərbi Avropanın nisbətən hündür dağ sistemi. Alp dağlarının ərazisi tamamilə və ya qismən 8 ölkənin coğrafi sərhədlərinin daxilində olur. Ümumi ərazisinin payı Alp ərazisinə düşməsi nisbətinə görə dövlətlərin sıralamsı aşağıdakı qaydada yerləşir: Lixtenşteyn (100%), Monako (100%), Avstriya (65%), İsveçrə (60%), Sloveniya (40%), İtaliya (17%), Fransa (7%), Almaniya (3%). Uzunluğu təxminən 1.200 kilometr, eni 261 kilometrdir. Alp dağları Avropanın mühüm iqlim ayırıcı sahəsidir. Onun şimal və qərbində mülayim iqlimə malik ərazilər, cənubda isə subtropik Aralıq dənizi iqlimi olan ərazilər yerləşir. Hündürlüyə qədər 800 metr olan yerlərdə mülayim iqlim, cənub yamaclarında Aralıq dənizi iqliminə malik ərazilərdə çoxlu üzümlük, bağlar, əkin sahələri və sıxyarpaqlı meşələr vardır. 800–1.800 metr hündürlükdə mülayim, rütubətli iqlim hökm sürür, palıd ağacı və fıstıq ağaclarından ibarət enliyarpaqlı meşələr yuxarıya doğru tədricən iynəyarpaqlı meşələrlə əvəz olunur. 2.200–2.300 metr hündürlüyə qədər olan ərazilərdə subalp iqlimi var, bu ərazilər üçün soyuq iqlim, qarın uzun müddətli qalması səciyyəvidir. Burada yay otlaqları və kolluq sahələr üstünlük təşkil edir. Yuxarıya doğru daimi qarların sərhədində soyuq Alp iqlimi mövcuddur. Burada daimi qar və buzlaqlar yerləşir. Alp dağları beynəlxalq alpinizm, dağ xizək idmanı və turizm regionudur.
Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
Alp | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 4 808 m |
Uzunluğu | 1 200 km |
Eni | ≈260 km |
Sahəsi | 190 000 km² |
Hündür nöqtəsi | Monblan dağı |
Yaranma dövrü | Oliqosen |
Süxurları | metamorfik və çöküntülü |
Yerləşməsi | |
46°34′41″ şm. e. 8°36′54″ ş. u. | |
Ölkələr | |
Vikianbarda əlaqəli mediafayllar |