ABŞ səfirliklərinə hücum (1998)
From Wikipedia, the free encyclopedia
1998-ci ildə ABŞ səfirliklərinə hücum (ing. 1998 United States embassy bombings) - 1998-ci ilin 7 avqust tarixində Amerika Birləşmiş Ştatlarının Şərqi Afrikada yerləşən iki səfirlik binasına qarşı törədilmiş terror aktı. Hücum nəticəsində ABŞ-nin Keniyanın paytaxtı Nayrobidə və Tanzaniyanın paytaxtı Dar-əs-Salam şəhərində yerləşən diplomatik nümayəndəlikləri hədəf alınıb. Partlayışların arasında 10 dəqiqəlik bir fərq olduğundan dünya mediası tərəfindən bu iki terror aktı bir başlıq altında təqdim olunmaqdadır.
Amerika Birləşmiş Ştatları səfirliklərinə hücum | |
---|---|
| |
Ümumi məlumatlar | |
01°17′21″ c. e. 36°49′36″ ş. u. 06°47′21″ c. e. 39°16′46″ ş. u. |
|
Yeri |
Nayrobi, Keniya Dar-əs-Salam, Tanzaniya |
Hücumun hədəfi | Amerika Birləşmiş Ştatlarının Keniya və Tanzaniyada yerləşən diplomatik nümayəndəlikləri |
Tarix | |
Hücum metodu | Yük maşınlarına quraşdırılmış bomba |
Silah(lar) | Trinitrotoluol, Ammonium nitrat, Tapança və Şok qumbarası |
Ölü sayı |
224 nəfər (213 nəfər Nayrobidə, 11 nəfər isə Dar-əs-Salamda həlak olub) |
Yaralı sayı | 4.000+ |
Törədən(lər) | Əl-Qaidə |
Vikianbarda əlaqəli mediafayllar |
Terror aktı nəticəsində ümumilikdə 224 nəfər həlak olub, dörd mindən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Keniyanın paytaxtı Nayrobidəki partlayış nəticəsində 213 nəfər, Dar-əs-Salamdakı parlayışda isə 13 nəfər həlak olub.[1] ABŞ rəsmiləri terror hücumunun əsas təşkilatçısı kimi Əl-Qaidəni göstərib. Əl-Qaidə rəsmiləri də, bu hadisə görə məsuliyyəti heç vaxt inkar etməyiblər.
Sonrakı illərdə aparılmış araşdırmalar nəticəsində məlum olub ki, terror hücumu Əl-Qaidənin Misir qanadı tərəfindən törədilib. Birləşmiş Millətlər Təşkilatı tərəfindən[2] Əl-Qaidənin bir qolu olaraq qəbul edilmiş Misir İslam Cihadı təşkilatının hadisənin lojistik təşkilatçısı olduğu müəyyənləşdirilib. Abdullah Əhməd Abdullah və Fazul Abdullah Məhəmməd adlı iki Əl-Qaidə mənsubu Amerika Birləşmiş Ştatları tərəfindən 1998-ci ilin avqust ayında Şərqi Afrikadakı diplomatik korpuslara qarşı törədilmiş terror hücumunun iki əsas təqsirkarı kimi açıqlanıb.[3][4][5]