Amerikan qorxu hekayəsi: Qatil ev
From Wikipedia, the free encyclopedia
Amerikan qorxu hekayəsi: Qatil ev (ing. American Horror Story: Murder House, orijinal adı ilk dəfə Amerikan qorxu hekayəsi (ing. American Horror Story) kimi elan edilmişdi) FX telekanalında yayımlanan "Amerikan qorxu hekayəsi” serialının 5 oktyabr 2011-ci ildən 21 dekabr 2011-ci ilə kimi efirdə olmuş birinci mövsümüdür. “20th Century Fox Television” tərəfindən istehsal edilmiş mövsümün icraçı prodüseri Dante Di Loreto, yaradıcıları isə Bred Falçuk və Rayan Mörfi olmuşdur.
Ölkə | ABŞ |
---|---|
Seriya sayı | 12 |
Orijinal kanal | FX |
Orijinal efir | 5 oktyabr 2011 (2011-10-05) – 21 dekabr 2011 (2011-12-21) |
← Əvvəlki - | |
Amerikan qorxu hekayəsi serialının seriyaları |
Birinci mövsümdə baş verən hadisələrin mərkəzində Ben, Vivyen və onların qızı Vayaletdən təşkil olunmuş Harmonlar ailəsi durur. Vivyenin uşaq düşürməsi və Benin ailəsinə xəyanət etməsindən sonra, Harmonlar yeni həyata başlamaq üçün Bostondan Los-Ancelesə keçir və Viktorian dövrünə aid malikanədə məskunlaşırlar.
Serialın birinci mövsümü televiziya tənqidçiləri və fanatlar tərəfindən müsbət qarşılanmışdır. Serialın aktyor heyəti, xüsusi Cessika Lanc və Frensis Konroyun oyunu yüksək qiymətləndirilmişdir. Serial FX kabel televiziyası üçün sabit yüksək reytinq gətirməklə, birinci mövsümdə ən böyük kabel serialı olmuşdur. Ən Yaxşı Teleserial – Drama nominasiyasında Qızıl Qlobus Mükafatı da daxil olmaqla bir çox mükafatlara namizəd göstərilmiş birinci mövsüm Emmi mükafatı da daxil olmaqla on yeddi mükafata layiq görülmüşdür. Bunlardan əlavə serialda yaratdığı obraza görə Cessika Lanc İkinci dərəcəli rolda Ən yaxşı aktrisa nominasiyasında Qızıl Qlobus Mükafatı, Heyrətamiz qadın performansına görə Ekran Aktyorları Gildiyasının mükafatı, Miniserial və ya Filmdə İkinci dərəcəli qadın roluna görə Emmi mükafatına layiq görülmüşdür.
2015-ci ilin avqustunda “Qatil ev”in və Kristin Estabrukun Marsi adlı satış mütəxəssisi kimi serialın “Otel” adlı beşinci mövsümündə görünəcəyi elan edilmişdir.[1] Beşinci mövsümün “Otaq 33” adlı seriyasında Çarlz Montqomeri obrazı ilə Mett Ross da yer almışdır.