Arika (Çili)
From Wikipedia, the free encyclopedia
Arika- Cənubi Amerikanın geniş iç bölgəsi üçün önəmli bir limandır. Şəhər, Boliviya üçün sərbəst liman xidməti verir və o, ölkənin ticarətinin önəmli bir bölümünü idarə edir. Həmçinin, Oruroda başlayan Boliviya neft boru xəttinin son stansiyasıdır . Şəhərin strateji mövqeyi Pan-Amerikan avtomobil yolunun yanında olması, həm Perudakı Taknaya, həm də Boliviyadakı La Pasa dəmiryolu ilə bağlanması və beynəlxalq hava limanının xidmətə verilməsi ilə gücləndirilmişdir . Arika, demək olar ki, heç yağış almayan, son dərəcə quru bir iqlimə sahipdir. Buna baxmayaraq, yaxınlardakı soyuq sulardan gələn sıx dəniz küləkləri mülayim bir çöl iqlimi yaradır. Mülayim havası Arikanı Çilidə "əbədi baharın şəhəri" olaraq tanıdır. Çimərlikləri Boliviyanın kübar təbəqəsinin çox gəldiyi yerdir. Şəhər İspaniya müstəmləkəçiliyi dövründə önəmli bir liman idi. Çili 1880-ci ildə Sakıt okean döyüşü zamanı şəhəri Perudan aldı və 1929-cu ildə Peru tərəfindən Çili ərazisi olaraq tanındı. Çilililərin bir qismi Arikada yaşayır və ya öz köklərini Arikaya bağlayırlar.
Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Arika | |
---|---|
18°28′42″ c. e. 70°19′16″ q. u. | |
Ölkə | Çili |
Region | Arıca və Parinoka |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1541 |
Sahəsi | 4.799,4 km 2 (1.853,1 mil2) |
Mərkəzin hündürlüyü | 2 m (7 fit) |
Saat qurşağı | UTCUTC−04:00 |
Əhalisi | |
Əhalisi | 222.619 nəfər |
Sıxlığı | 46/km 2 (120/sq mi) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +56 58 |
Poçt indeksi | 1000000 |
Digər | |
muniarica.cl | |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |