Arxangelsk-Həştərxan xətti
From Wikipedia, the free encyclopedia
Arxangelsk-Həştərxan xətti — Barbarossa əməliyyatının hərbi hədəfi və məqsədi. O, həm də Volqa–Arxangelsk xətti,[1] eləcə də (daha nadir hallarda) Volqa–Arxangelsk–Həştərxan xətti kimi tanınır. İlk dəfə 18 dekabr 1940-cı ildə Fürer 21 Direktivində bəhs edilib. Direktivdə Almaniyanın Sovet İttifaqına hücumunun qarşıya qoyulmuş məqsədləri və şərtləri açıqlanırdı və "ümumi Volqa-Arxangelsk" xəttinə çatmaq onun ümumi hərbi məqsədi kimi təsvir edilirdi.