Mustafa Kamal Atatürk
Türkiyə Respublikasının qurucusu və ilk prezidenti / From Wikipedia, the free encyclopedia
Mustafa Kamal Atatürk[Q 1] (türk. Mustafa Kemal Atatürk) (və ya sadəcə Kemal Atatürk[7], digər adı Kamâl Atatürk[8]) (ən tezi 1880 və ən geci 1881[1], Saloniki, Saloniki vilayəti, Osmanlı imperiyası[2][3] – 10 noyabr 1938[2][1][…], Dolmabağça sarayı, Beşiktaş, Türkiyə[4][Q 2]) — Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri.[9][10][11][12][13]
Mustafa Kamal Atatürk | |
---|---|
türk. Mustafa Kemal Atatürk | |
29 oktyabr 1923 – 10 noyabr 1938 | |
Baş nazir | İsmət İnönü (1923–24, 1925–37) Fəthi Okyar (1924-25) |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | İsmət İnönü |
3 may 1920 – 24 yanvar 1921 | |
Sonrakı | Fevzi Çaxmaq |
Türkiyə Ordusunun Baş komandanı | |
5 avqust 1921 – 29 oktyabr 1923 | |
24 aprel 1920 – 29 oktyabr 1923 | |
Sonrakı | Fəthi Okyar |
Cümhuriyyət Xalq Partiyasının 1-ci sədri | |
9 sentyabr 1923 – 10 noyabr 1938 | |
Sonrakı | İsmət İnönü |
Türkiyə Böyük Millət Məclisinin millət vəkili | |
23 aprel 1920 – 10 noyabr 1938 | |
Türkiyə Böyük Millət Məclisinin I, II, III, IV və V dövr millətvəkili | |
23 aprel 1920 – 10 noyabr 1938 | |
9-cu Ordu bölüyü müfəttişi (sonradan 3-cü Ordu müfəttişi) | |
16 may 1919 – 9 iyul 1919 | |
İldırım Ordular qrupunun komandiri | |
31 oktyabr 1918 – 7 noyabr 1918 | |
Əvvəlki | Otto Liman fon Sanders |
7-ci Ordu komandiri | |
7 avqust 1918 – 7 noyabr 1918 | |
Əvvəlki | Fevzi Çaxmaq |
2-ci Ordu komandiri | |
7 avqust 1918 – 7 noyabr 1918 | |
Əvvəlki | Əhməd İzzət Paşa |
Şəxsi məlumatlar | |
Doğum adı | Ali Rıza oğlu Mustafa |
Doğum tarixi | ən tezi 1880 və ən geci 1881[1] |
Doğum yeri | |
Vəfat tarixi | 10 noyabr 1938(1938-11-10)[2][1][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | qaraciyər sirrozu |
Dəfn yeri | |
Milliyyəti | türk |
Partiya | Cümhuriyyət Xalq Partiyası |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, zabit, dövlət xadimi, yazıçı, inqilabçı, ordu zabiti[d] |
Atası | Əli Rza Əfəndi |
Anası | Zibeydə xanım |
Həyat yoldaşı | Lətifə Uşşaqi (29 yanvar 1923 — 5 avqust 1925) |
Uşaqları | |
Hərbi xidmət | |
Qoşun növü | Türkiyə Quru Qoşunları |
Döyüşlər | |
Rütbəsi | Marşal[d][6] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edildi.[14] Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi — Türk Milli Hərəkatına liderlik və öndərlik etdi.[15][16] Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində Ankara Hökumətini qurdu, Türkiyə Ordusunun baş komandanı olaraq Sakarya döyüşündəki qələbəsinə görə 19 sentyabr 1921-ci ildə "Qazi" ləqəbini aldı və marşal rütbəsinə yüksəldi. Hərbi və siyasi fəaliyyəti ilə Antanta Dövlətləri və onların dəstəkçiləri üzərində qələbə qazandı. Müharibədən sonra Cümhuriyyət Xalq Partiyasını qurdu və partiyanın ilk sədri oldu. 29 oktyabr 1923-cü ildə prezident seçildi. 1938-ci ildə ölənə qədər dörd hakimiyyət dövründə bu vəzifədə xidmət edərək Türkiyədə ən uzun müddət prezident olmuş şəxs oldu.[17][18][19][20]
Atatürk müasir, proqressiv və dünyəvi olan milli dövlət yaratmaq üçün siyasi, iqtisadi və mədəni sahələrdə dünyəvi və millətçi şəkildə islahatlar həyata keçirmişdir. Belə ki, xarici ölkələrə verilmiş iqtisadi imtiyazlar ləğv edildi və onlara məxsus müəssisələr və dəmir yolları milliləşdirildi. Təhsil sahəsində qəbul etdiyi qanunla təhsil Türkiyə hökumətinin nəzarətinə keçdi. Təhsil sistemi dünyəvi və elmi təhsilə əsaslandırıldı.[21][22] Minlərlə yeni məktəb tikildi. İbtidai təhsil pulsuz və məcburi edildi. Xarici məktəblər dövlətin nəzarətinə keçdi. Kəndlilərdən alınan ağır vergilər (aşar vergisi) azaldıldı. Kişilərin papaq və geyimlərində bəzi dəyişikliklər edildi. Təqvim, saat və ölçülərdə dəyişikliklər edildi. Məcəllə ləğv edilib əvəzində dünyəvi qanun qəbul edildi. Qadınların mülki və siyasi hüquqları bir çox Qərb ölkəsindən əvvəl tanındı.[23][24][25] Poliqamiya ləğv edildi. Qadınların şahidliyi və miras haqqı kişilərinkiylə bərabər edildi. Eynilə, Türkiyədə qadınlara dünyanın əksər ölkələrindən əvvəl yerli seçkilərdə (1930), daha sonra ümumi seçkilərdə (1934) seçmək və seçilmək hüququ verildi. Cinayət və borc haqqında dünyəvi qanunlar qəbul edildi. Sənayenin dirçəldilməsi məqsədilə qanun qəbul edildi. Torpaq islahatı edilməsinə cəhd edildi. Ərəb hərflərinə əsaslanan Osmanlı əlifbasının yerinə latın qrafikasına əsaslanan yeni türk əlifbası təsis edildi. Xalqın maariflənməsi üçün təhsil kompaniyası başladıldı. Universitet islahatı keçirildi. Birinci Beşillik Sənaye Planı qəbul edildi. Sinif və statusa görə ayrı-seçkilik yaradan ləqəb və adlar ləğv edildi və soyadları qüvvəyə mindi. Yekcins və vahid xalq yaratmaq üçün türkləşdirmə siyasəti həyata keçirilirdi.[26]
Türkiyə Dövlət Dəmir Yolları, Türk Hava Yolları, Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi, Türk Tarix Qurumu, Türk Dil Qurumu, Dəyanət işləri üzrə rəhbərlik və bir çox başqa dövlət qurumları Atatürk tərəfindən və ya Atatürkün dəstəyi ilə təsis edildi. Kənd təsərrüfatının, toxuculuğun, maşınqayırmanın, təyyarə və avtomobil sənayesinin inkişafına dəstək verildi. Bütün bunlara baxmayaraq, Atatürkün hədəfləri ilə ölkənin siyasi-sosioloji quruluşu arasındakı uçurum aradan qalxmadı.[27]
Atatürk tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmişdir.