Avstraliya (qitə)
qitə / From Wikipedia, the free encyclopedia
Avstraliya (lat. australis — "cənub") — dünyanın ən kiçik qitəsi və materiki olub, sahəsi 7,6 mln2 km-dir. Yer kürəsinin Cənub və Şərq yarımkürələrində yerləşir.[1]
Ümumi məlumat | ||
---|---|---|
Sahəsi: | 8,600,000 km2 (3,300,000 mi2) | |
Ölkə sayı: | 3 (Avstraliya, Papua-Yeni Qvineya və İndoneziyanın hissələri) | |
Əhali: | 39,000,000 (Avstraliya və Papua-Yeni Qvineyanın təxmini əhalisi) | |
Şimal ucqar nöqtəsi: | York burnu (Avstraliya) | |
Cənub ucqar nöqtəsi: | Saut-Poynt | |
Şərq ucqar nöqtəsi: | Bayron burnu | |
Qərb ucqar nöqtəsi: | Stip-Poynt burnu |
Ucqar nöqtələri şimalda York burnu, cənubda Cənub-şərq burnu, qərbdə Stip-Poynt burnu, şərqdə Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır.[1]
Avstraliyanın sahillərini qərbdən Hind, şərqdən Sakit okeanı ilə əhatə edib. Ən iri körfəzi Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Yeni Qvineya adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib. Bu səbəbdən burada iri liman şəhərləri yoxdur.[1]