Ayətullah
From Wikipedia, the free encyclopedia
Ayətullah (ərəb. آية الله; fars. آيتالله — Āyatollāh), Şiəlikdə xüsusilə Cəfərilikdə istifadə edilən bir dərəcədir.
Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
İranda dini bir dərəcə olaraq da tanınır. Ayətullah dərəcəsində olanların fətva vermək səlahiyyəti var. Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi almışdır.[1]
Ayətullah Allahın ayəsi (dəlili) deməkdir.
Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma və Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var. Öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilər. Hazırda İranda 1.000-dən çox ayətullah var.
Ən böyük ayətullahlar fiqhi məsələlərin toplusu olan “Risalə” (رسالة توضيح المسائل) yazmaqla Ayətullahül üzma (ərəb. آية الله العظمی Ayatollah al-Uzma) başqa sözlə Mərceyi təqlid (مرجع تقليد / Marja Dini مرجع ديني Marja Taqlid) seçilə bilərlər.