Aynu mifologiyası
From Wikipedia, the free encyclopedia
Aynu mifologiyası – aynuların mifoloji təsəvvürlərinin toplusudur. Aynuların mifoloji təsəvvürlərinin və mifoloji folklorunun xarakteri və inkişaf səviyyəsi dağınıq məskunlaşma xüsusiyyəti, təsərrüfat növü (yığımcılıq, balıqçılıq, ovçuluq) kimi amillərlə müəyyənləşdirilir. Bu cür yaşam təbii mühitdə və insan populyasiyasında (demoqrafik partlayışa inkişafın qarşısını almaq) balansı saxlamaq üçün zəruri idi.
Aynuların mifologiyası Şimal-Qərb Asiya xalqlarının, xüsusi ilə də yapon mifologiyası ilə təmas edərək inkişaf etmiş, lakin bununla birgə sonuncudan mühüm fərqlilikləri qorumağı bacarmışdır. Aynuların mifologiyasının araşdırılması mənbəsi qismində miflərin şifahi olaraq nəsildən-nəsilə ötürlməsinin 19-cü əsrin sonları – 20-ci əsrin əvvələri avropalı missionerlərin qələmə aldığı və müasir yapon tarixçilərinin araşdırdığı sənədlər çıxış edir. Aynu mifləri ilə bağlı elmi tənqidi nəşrlər mövcud deyil.
Aynu mifologiyası animistik təsəvvürlərlə doludur – ona əsasən, insan, heyvan, balıq, quş kimi, bitkilər və hətta dünyada olan hər bir əşya və hadisələr də ruha malikdir. Hər şeyin ruha malik olması aynuların dini və mifoloji təsəvvürlərinin politeistik olmasında əks olunur. Aynuların mifoloji toplusunda kosmoloji, kosmoqonik, toponimik, totemistik miflər və bəd ruhlar (şeytanlar) çoxluq təşkil edir.