Azərbaycan Premyer Liqası
Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək liqa / From Wikipedia, the free encyclopedia
Azərbaycan Premyer Liqası və ya Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. (may 2024) |
Cəld faktlar Ölkə, Konfederasiya ...
Ölkə | Azərbaycan |
---|---|
Konfederasiya | UEFA |
Açılış ili | 1992 |
İlk sezon | 1992 |
Komandaların sayı | 10 |
Liqalar sistemində səviyyə | 1 |
Aşağı liqa | Azərbaycan Birinci Liqası |
Digər kubok(lar) | Azərbaycan Kuboku |
Beynəlxalq kubok(lar) |
UEFA Çempionlar Liqası |
Son çempion | Qarabağ (11-ci dəfə) |
Ən uğurlu komanda | Qarabağ (11 dəfə) |
TV partnyoru | CBC Sport |
Veb səhifəsi | www.pfl.az |
Azərbaycan Premyer Liqası 2023/2024 |
Bağla
Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2023–24 mövsümündə 11-cu dəfə bu titulu qazanmışdır.