Azərbaycan milli futbol komandasının futbolçularının siyahısı
From Wikipedia, the free encyclopedia
Azərbaycan milli futbol komandası — Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra müstəqilliyini elan edən Azərbaycanı 1992-ci ildən bəri beynəlxalq arenada təmsil edən futbol komandası. Bundan əvvəl, azərbaycanlı futbolçular SSRİ milli futbol komandasını təmsil edirdi. Azərbaycan yığması ilk rəsmi beynəlxalq matçını 17 sentyabr 1992-ci il tarixində, qonşu ölkə olan Gürcüstana qarşı yoldaşlıq oyunu olaraq oynamışdır.[1] Oyun 6–3 məğlubiyyətlə nəticələnmişdir.[2] Komanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən idarə olunur və 1994-cü ildən Avropa ölkələrini, eləcə də İsraili əhatə edən Avropa Futbol Assosiasiyalarının İttifaqının (UEFA) bir üzvü olaraq rəqabət aparır.[3] Yığma həmin il FIFA-ya da qoşulmuşdur.[4][5] 2019-cu ilin mart ayına olan məlumatlara əsasən, Azərbaycan yığması debüt etdiyi gündən bəri 242 beynəlxalq oyun keçirmişdir. Onlarda 47-i qələbə, 66-sı heç-heçə, 129-u isə məğlubiyyət ilə nəticələnmişdir.[2] Azərbaycan milli futbol komandası ən çox Moldova və Özbəkistan yığmaları oynamışdır ki, onlar bir-birləri ilə 10 dəfə qarşı-qarşıya gəlmişdir.[2] Qlobal və kontinental turnirlərə gəldikdə, Azərbaycan 1994-cü ildən bəri FIFA Dünya Kubokunun təsnifat mərhələsində, 1996-cı ildən bəri isə UEFA Avropa Çempionatının təsfinat mərhələsində rəqabət aparır, lakin komanda hər iki turnirin finalında çıxış edə bilməyib.[6][7]
Müdafiəçi Rəşad Sadıqov Azərbaycan millisində ən çox oyun keçirmiş futbolçudur və Azərbaycanı təmsil edən yeganə futbolçudur ki, 100-dən çox beynəlxalq matçda meydana daxil olsun.[8][9] 2019-cu ilin mart ayına olan məlumatlara əsasən, Sadıqov 2001-ci ildə İsveçə qarşı keçirdiyi debüt oyunundan bəri Azərbaycan yığması üçün 110 dəfə meydana daxil olmuşdur.[10] O, Azərbaycan milli futbol komandasındakı son matçını 2017-ci ildə oynamışdır.[11] Beynəlxalq futbol karyerası dövründə 66 dəfə meydana daxil olan Qurban Qurbanov 12 qol ilə Azərbaycan milli komandasının bombardiridir. Bundan savayı, o, 2019-cu ilin mart ayına olan məlumatlara əsasən, Azərbaycanı təmsil edərkən 10 və ya daha çox qol vurmuş yeganə futbolçudur.[12]
Azərbaycan yığması üçün 25 dəfə meydana daxil olan ilk futbolçu Tərlan Əhmədovdur. O, 25-ci oyununu 2 aprel 1997-ci il tarixində, Finlandiyaya qarşı keçirmişdir, hansı ki, 2–1 məğlubiyyət ilə nəticələnmişdir.[13] Tərlan Əhmədov futbol karyerasını beynəlxalq 74 matçda meydana daxil olduqdan sonra sonlandırmışdır.[14] O, milli komandada ən çox oyun keçirmə rekordunu 2007-ci ilə qədər qoruyub saxlaya bilmişdir. Onun rekordunu qıran futbolçu futbol karyerasıa son qoymazdan əvvəl milli komandada 78 dəfə çıxış etmiş Aslan Kərimovdur.[15] Rəşad Sadıqov 2012-ci ilin sentyabr ayında bu rekordu qırmış, 2015-ci ilin oktyabr ayında isə Azərbaycan üçün 100-cü dəfə meydana daxil olmuşdur.[11]