Azərbaycan vətəndaşları üçün viza tələbləri
From Wikipedia, the free encyclopedia
Henley Tərəfdaşları Pasport İndeksinin 26 may 2019 tarixindəki hesabatına görə 67 ölkə və ya ərazi Azərbaycan pasportunu vizasız, ya da vizanı girişdə verərək qəbul edir.[1] Eyni vaxtda Azərbaycan ilə Avropa İttifaqı arasında vizanın qaldırılması ilə bağlı danışıqlar aparılır.[2] Aşağıdakı cədvəl ancaq Azərbaycan vətəndaşlarının turist səfərləri haqqında məlumatı göstərir. Digər iş, jurnalist və başqa vizasız girişlər cədvəldə göstərilməyib. Aşağıdakı "vizasız" və ya "viza girişdə verilir" adı altında göstərilən ölkələr bəzən gediş/qayıdış bileti və maddi vəziyyəti göstərən sənədlər tələb edə bilər. Bu səbəbdən səyahətə çıxmazdan qabaq viza haqqında məlumatları səfirliklərdən öyrənmək tövsiyə olunur. Məlumatlar Azərbaycan Xarici İşlər Nazirliyi [3][4] və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasısından götürülmüşdür.[5] Əgər məlumat fərqli yerdən götürülübsə, cədvəldə qeyd edilib.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |