Börçigin
From Wikipedia, the free encyclopedia
Börçigin, türk-monqol soyu.(Monqolca: Боржигин, Borçigin; çinçə 博爾濟吉特, pinyin: Bó'ěrjìjítè), Çingiz xanın imperial sülaləsinin və onun varislərinin son sülalə adıdır. Börçigin sülaləsinin üzvləri XX əsrə qədər Monqolustanın hakimləri idilər. Sülalənin adı bundan başqa "Altan Uruq" (monqolca: Алтан ураг) yəni "qızıl soy" və Munkak olaraq da bilinir. Əsasən Bodonçarın sülaləsi üçün istifadə olunan Börçigin adı Monqol imperiyası qurulduqdan sonra Kiyat boyundan yalnız Çingiz xan, Cuci Kasar, Kaçiun və Temüge Ocçigin olmaqla 4 qardaşın soyundan gələnlərə Börüçigin deyilməyə başlandı.
Börçigin | |
---|---|
Titul | Xan |
Əcdadı | Börte Çina |
Mənşəyi | Monqolustan |
Vikianbarda əlaqəli mediafayllar |
Sülalə üzvləri uzun bi dövr Asiya Şərqi Avropanın bir çox xalqları arasında hakim sülalə olmuşdur. Bu gün bu sülalənin üzvləri hələ də Daxili Monqolustanda,Monqolustanda, Sintszyanda qalmaqdadır. Monqolustanda soyad qəbulu prosesi keçirilən zaman bir çox nəsil Börçigin soyadını qəbul edərək özünün Çingiz soyundan gəldiyini iddia etməyə başladı.[1] Ümumiyyətlə genetik araşdırmalar sübut edir ki, Çingizin soyu bütün Asiya və Şərqi Avropa boyunca yayılmışdır.[1]