Böyük təqib
From Wikipedia, the free encyclopedia
Böyük təqib və ya Diokletian təqibi — 303–313-cü illərdə, Roma imperiyasında imperator Diokletian dövründə başlanan və onun xələfləri tərəfindən davam etdirilən xristianlara qarşı sonuncu və ən şiddətli təqib.[1]
303-cü ildə tetrarxlar Diokletian və Maksimian, Qaleri və Konstansi Xlor xristianların mülki hüquqlarını rəsmi olaraq ləğv edən və onlardan ənənəvi Roma dini ayinlərinə riayət etmələrini tələb edən fərman vermişdilər. Sonradan kahinlərə qarşı yeni fərmanlar verilmiş, eləcə də imperiyanın bütün sakinlərini paqan qurbanları kəsməyə məcbur etmişdir. Təqiblərin intensivliyi imperiya daxilində regiona görə müxtəlif olmuşdur. O vaxt Konstansinin hökm sürdüyü Qalliyada və İngiltərədə yalnız ilk fərman yerinə yetirilmiş və buradakı təqiblər imperiyanın şərq hissəsindəkindən daha zəif idi. Cəza qanunları tədricən ləğv edilmiş və Böyük Konstantin tərəfindən 313-cü ildə verilən Milan fərmanı ilə nəhayət bu dövr sona çatmışdır.[2]