BMT-nin səhralaşma ilə mübarizə Konvensiyası
From Wikipedia, the free encyclopedia
Xüsusilə Afrikada Ciddi Quraqlıq və / və ya Səhralaşma Yaşanan Ölkələrdə Səhralaşma ilə Mübarizə Konvensiyası (ing. The United Nations Convention to Combat Desertification in Those Countries Experiencing Serious Drought and/or Desertification, Particularly in Africa, UNCCD) — dövlətlərin və ictimai təşkilatların beynəlxalq, regional, milli və yerli səviyyələrdə səhralaşma, torpaq deqradasiyası və quraqlığın təsirlərini azaltmaqla mübarizə səylərini birləşdirmək üçün yaradılmış BMT konvensiyası.
BMT-nin səhralaşma ilə mübarizə Konvensiyası | |
---|---|
İmzalanma tarixi | 17 iyun 1994 |
İmzalanma yeri | |
Dilləri | ərəb dili, Çin dili |
Veb-saytı | unccd.int |
Vikianbarda əlaqəli mediafayllar |
Konvensiya, 17 iyun 1994-cü ildə Rio-de-Janeyroda Birləşmiş Millətlər Təşkilatının Ətraf və İnkişaf Konfransının (UNCED) nəticəsi olaraq Parisdə qəbul edildi və 26 dekabr 1996-cı ildə qüvvəyə mindi. 29 may 2012-ci il tarixindən etibarən Konvensiya 195 ölkə tərəfindən təsdiq edilmişdir[1].