Badri Patarkatsişvili
From Wikipedia, the free encyclopedia
Badri Patarkatsişvili (gürc. ბადრი პატარკაციშვილი; 31 oktyabr 1955[1], Tbilisi – 12 fevral 2008[2][1]) — gürcü biznesmeni və siyasətçisi. 2008-ci il Gürcüstan prezident seçkilərində prezidentliyə namizəd kimi iştirak etmiş və səslərin 7,1%-ni toplamışdır. Özünün əsl adı Arkadi Patarkatsişvili olsa da, hər yerdə Badri Patarkatsişvili kimi tanınırdı. Badri Patarkatsişvili Gürcüstan prezidenti Mixael Saakaşvilinin qatı əleyhdarı kimi tanınırdı və bir çoxları onun ölümündə Saakaşvilini günahlandırır. Ölümündən qabaq Gürcüstanın Baş Prokurorluğu iş adamını hakimiyyəti devirməyə cəhddə və terror aktı hazırlamaqda təqsirləndirirdi.[3]
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Badri Patarkatsişvili | |
---|---|
Arkadi Patarkatsişvili | |
Doğum tarixi | |
Doğum yeri | Tbilisi, Gürcüstan SSR |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Literhed, Böyük Britaniya |
Vəfat səbəbi | İnfarkt |
Vətəndaşlığı | Gürcüstan |
Həyat yoldaşı | İnna Qudavadze |
Milliyyəti | Gürcüstan yəhudisi |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, təşəbbüskar |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla