Balkan dağları
From Wikipedia, the free encyclopedia
Balkan dağları (bolq. Ста́ра планина́, serb. Стара планина / Stara planina) — Bolqarıstanın qərbindən şərqinə doğru uzanaraq ölkəni iki yerə bölən dağ. Dağın uzunluğu 600 km-dir.
Balkan dağı | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2376 m |
Yerləşməsi | |
42°47′03″ şm. e. 24°58′34″ ş. u. | |
Ölkə | Bolqarıstan |
Vilayət | |
Vikianbarda əlaqəli mediafayllar |
Balkan dağları Dəmirqapı boyunca Dunay çayının keçdiyi cənubi Karpat dağlarının təbii davamıdır. Bu dağlar "Balkan yarımadası" və "Balkanlar" coğrafi adlarının əsasını təşkil etmişdir. Bu dağ ölkəsinin ərazisi XX əsrin 70-ci illərinin sonlarından sovet və Bolqarıstan coğrafiyaşünasları tərəfindən etibarən tədqiq olunmağa başlanmışdır. Elmi işlər Stara Planina və Qafqazın ərazilərinin müqayisəli tədqiqatı proyektinin bir hissəsi idi və ona SSRİ EA Coğrafiya İnstitutunun direktoru İ. P. Gerasimov və Bolqarıstan EA Coğrafiya İnstitutunun direktoru J. S. Qlıbov rəhbərlik edirdi.[1]
Qədim dövrlərdə dağ silsiləsi Hem[2][3][4], Em (q.yun. Αἶμος, lat. Haemus, İordan buranı Hemus и Emus adlandırmışdır), bəzən Hemmimont (Haemimontium, İordanın əsərlərində Emimontium)[5] deyilirdi. Ovidə görə, Trakyanın mifoloji kralı Hem tanrıların cəzası olaraq bu dağlara çevrilmişdir.[6]