Basketbol üzrə Avropa çempionatı 1987
From Wikipedia, the free encyclopedia
Basketbol üzrə Avropa çempionatı 1987 (ing. 1987 FIBA European Championship) — 1987-ci ildə Yunanıstanda FIBA Avropa tərəfindən sayca 25-ci dəfə keçirilən Avropa çempionatı. Turnir 3-14 iyun tarixlərində keçirilmişdir. Çempionata 12 milli komanda qatılmışdır. Bütün oyunlar Pirey şəhərindəki Sülh və Dostluq salonunda baş tutmuşdur.
Cəld faktlar Rəsmi veb-sayt, Turnir haqqında ...
Basketbol üzrə Avropa çempionatı | ||
Rəsmi veb-sayt | ||
---|---|---|
Arxiv | ||
Turnir haqqında | ||
Ev sahibi ölkə | Yunanıstan | |
Tarix | 3-14 iyun 1987 | |
Komandalar | 12 (1 federasiya) | |
Salonlar | 1 (1 ev sahibi şəhər) | |
Çempion | Yunanıstan | |
MVP | Nikos Qalis |
Bağla
Turnirin qalibi favorit sayılan SSRİ millisini həyəcanlı keçən əlavə vaxtda 103:101 hesabı ilə məğlub edən ev sahibi Yunanıstan olmuşdur. Bu Yunanıstanın ilk Avropa çempionluğu olmuşdur. Yunanıstan millisinin oyunçusu Nikos Qalis turnirin ən yaxşı oyunçusu seçilmişdir.