Beşiktaş PFK
Türkiyənin futbol klubu / From Wikipedia, the free encyclopedia
Beşiktaş Peşəkar Futbol Klubu (türk. Beşiktaş Profesyonel Futbol Takımı) — Türkiyənin İstanbul şəhərini təmsil edən futbol klubudur. Türkiyə Super Liqasında mübarizə aparır. 3 mart 1903-cü ildə Beşiktaş Gimnastika Klubunun nəznində təsis edilib. 2013-cü ilə qədər öz ev oyunlarını Beşiktaş İnönü Stadionunda keçirirdi. 2016-cı ilin aprel 11-dən bəri oyunlarını artıq yeni tikilmiş Vodafone Parkda keçirməyə başladı. Yeni stadionun tikildiyi müddətdə isə ev oyunlarını Atatürk Olimpiya Stadionu, Başakşehir Fatih Terim Stadionu və Osmanlı Stadionunda oynayırdı.
Beşiktaş PFK | ||||
---|---|---|---|---|
Klubun tam adı | Beşiktaş Peşəkar Futbol Klubu | |||
Ölkə | Türkiyə | |||
Ləqəb(lər) | Qara Qartallar | |||
Rəng(lər) | Qara-Ağ | |||
Yaranma tarixi | 3 mart 1903 | |||
Stadionu | Vodafone Park | |||
Tutumu | 42.590 | |||
Prezidenti | Hasan Arat | |||
Baş məşqçisi | Fernando Santos | |||
Liqa | Türkiyə Super Liqası | |||
2022/2023 | 3. | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Beşiktaş 16 dəfə Türkiyə Super Liqası, 10 dəfə Türkiyə Kuboku və 9 dəfə Türkiyə Super Kubokunun Çempionu olub. Beşiktaş 1986/1987 mövsümündə UEFA Çempionlar Liqasında 1/4 finala qədər irəlləyə bilmişdi. Bu nəticə Beşiktaşın tarixində Avropa arenasındaki ən yaxşı nəticəsidir. Beşiktaş Çempionlar liqası qruplarında tək naməğlub türk klubudur.