Beluxa dağı
From Wikipedia, the free encyclopedia
Beluxa ("Üçbaşlı", "Katun zirvəsi", qaz. Мұзтау Шыңы[1][2]) — Altay dağlarında ən yüksək zirvə (4509 m), Rusiyanın ən yüksək zirvələrdən biri[3]. Zirvə Ust-Koksin rayonda yerləşir. Beluxa massivindən Rusiya və Qazaxıstan sərhəddi keçir. Dağ yamaclarından Katun çayı başlanğıcını götürür. Bir-birindən gədiklə ayrılan iki zirvəsi var: Qərbi Beluxa (hündürlüyü 4440 m) və Şərqi Beluxa (hündürlüyü 4506 m). Qranit, qneys və metamorfik şistlərdən təşkil olunmuşdur. Altayda müasir buzlaşmanın iri (ümumi sahəsi 70 km²) mərkəzlərindən biridir. Şimal yamacında 2000– 2500 metr hündürlüyədək enən Mönsu, Rodzeviç və Tronov Qardaşları; cənub yamacında 2000 metr hündürlüyədək enən dərə buzlaqları (Berel buzlağı və Katun buzlağı) var. "Beluxa" təbiət parkı Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Beluxa | |
---|---|
qaz. Мұзтау Шыңы | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Altay dağları |
Mütləq hündürlüyü | 4506 m |
Nisbi hündürlüyü | 3343 m |
İlk fəthi | 1914 |
Yerləşməsi | |
49°48′25″ şm. e. 86°35′23″ ş. u. | |
Ölkələr | |
Region | |
Vikianbarda əlaqəli mediafayllar |