Belçika Avroviziya Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
Belçika Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 61 dəfə müsabiqədə iştirak etmişdir. Belçika bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən 1994, 1997 və 2001-ci illərdə Avroviziyada iştirak etməmişdir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində yalnız bir dəfə 1986-ci ildə Sandra Kimin ifa etdiyi "J'aime la vie" mahnısı ilə qələbə qazanmışdır. Belçika eyni zamanda Avroviziyada iki dəfə 0 xalla və ümumilikdə isə səkkiz dəfə sonuncu yeri tutmuşdur.
Cəld faktlar
Bağla