Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası
From Wikipedia, the free encyclopedia
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association).
1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur.
IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər.
IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır.
IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar.
Mənzil-qərargahı Monrealda yerləşir.
MDB ölkələrinin bir çox iri avia şirkətləri IATA-nın üzvüdür. MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi, IATA ilə 1994-cü il 5 dekabr tarixli ikitərəfli sazişə əsasən əlaqələr yaratmışdır. Azərbaycan mart 1997-ci ildən etibarən IATA-nın üzvüdür.