Bir kərə yüksələn bayraq bir daha enməz
XX əsrin əvvəllərində Azərbaycanda istiqlal hərəkatının şüarı / From Wikipedia, the free encyclopedia
Bir kərə yüksələn bayraq bir daha enməz — XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı.[1] Şüar Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918) Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur.[2][3]