Biri var idi, biri yox idi (I mövsüm)
From Wikipedia, the free encyclopedia
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın birinci mövsümünün premyerası 23 oktyabr 2011-ci ildə baş tutmuş və 13 may 2012-ci ilə kimi davam etmişdir. Serialın yaradıcıları Edvard Kitsis və Adam Horovitzdir. Serialda hadisələr paralel olaraq Sehrli Meşə və Storibrukda baş verir. Qəddar Kraliça (Lana Parrilla) nağıllar aləmindəki hər kəsin xoşbəxtliyini əlindən alacağını deyir və tilsimləyərək bütün nağıl qəhrəmanlarını bizim dövrümüzə göndərir.
Ölkə | ABŞ | ||||||
---|---|---|---|---|---|---|---|
Seriya sayı | 22 | ||||||
Orijinal kanal | ABC | ||||||
Orijinal efir | 23 oktyabr 2011 (2011-10-23) – 13 may 2012 (2012-05-13) | ||||||
| |||||||
| |||||||
← Əvvəlki - | |||||||
Biri var idi, biri yox idi serialının seriyaları |
Serialın birinci mövsümü tənqidçilərdən “əsasən müsbət” rəylər almışdır. “Metacritic” 26 tənqidçi rəyi əsasında birinci mövsümü 100 baldan 66 balla qiymətləndirir.[6] “The Washington Post”dan Hank Styuver serialı “təxəyyül, ekşn və sevgi janrları ilə uğurla qarışdırılmış yüngül fantastika həvəskarları üçün qiymətli hədiyyə” adlandırır.[7] “Newsday”dən Verne Gey qeyd edir ki, “demək olar ki, teatral parlaqlıq nümayiş etdirən serial, şablon serial anlayışından uzaqlaşaraq izləyiciləri TV drama haqqında daha fərqli düşünməyə vadar edir.”[8]
Pilot seriyası 12.93 milyon nəfər (ABŞ izləyiciləri) tərəfindən izlənən serialın 18-49 yaşlı izləyicilər arasında reytinqi 4.0/10 olmuşdur.[9] Mövsümün sonuna yaxın bu göstəricilər 8.36 milyon izləyici, 18-49 yaşları arası 2.8/8 reytinqə qədər enmiş[10], lakin final seriyada bir qədər yüksələrək 9.66 milyon izləyici, 18-49 yaşları arası 3.3/10 reytinq göstəricisi olmuşdur.[11]