Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi
From Wikipedia, the free encyclopedia
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ya BMT-nin Nizamnaməsi — beynəlxalq hökumətlərarası təşkilat olan BMT-nin 1945-ci ildə imzalanmış təsis sənədi.[1] BMT Nizamnaməsi vətəndaşların əsas insan hüquqlarının qorunmasına dair öhdəliyi ifadə edərək, "daha yüksək yaşayış standartlarının olmasına yardım göstərmək", "iqtisadi, sosial, sağlamlıq və əlaqədar problemləri həll etmək" və "irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq hər kəsin hüquqlarına və fundamental azadlıqlarına universal hörmət və rifahı təmin etmək" kimi ali prinsipləri nəzərdə tutur.[2] Təsis sənədi olduğundan Nizamnamə bütün üzv dövlətlər üçün məcburidir. Həmçinin, Nizamnamənin 103-cü maddəsinə görə, onun hüquqi qüvvəsi bütün digər beynəlxalq müqavilələrin hüquqi qüvvəsindən üstündür.[1][3]
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi | |
---|---|
| |
Hazırlanma tarixi | 14 avqust 1941 |
İmzalanma tarixi | 26 iyun 1945 |
İmzalanma yeri | San-Fransisko, Kaliforniya, ABŞ |
Qüvvəyə minməsi | 24 oktyabr 1945 |
• şərtləri | Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, ABŞ və digər imzalayan dövlətlərin əksəriyyəti tərəfindən ratifikasiya. |
Tərəflər | 193 |
Dilləri | yapon dili, ingilis dili, isveç dili, Çin dili, rus dili, fransız dili |
Veb-saytı | treaties.un.org/doc/Publ… |
Nizamnamə 26 iyun 1945-ci ildə imzalanmaq üçün açıq elan edilmişdir və elə həmin gün 51 həqiqi üzv dövlətin 50-si tərəfindən San-Fransiskoda, ABŞ-də imzalanmışdır (həqiqi üzv olan Polşa konfransda təmsil olunmamış və iki ay sonra sənədi imzalamışdır). Nizamnamə 24 oktyabr 1945-ci ildə müvafiq dövlətlər tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minmişdir. Həmin dövlətlərə BMT-nin Təhlükəsizlik Şurasının həqiqi beş daimi üzvü — Çin Respublikası (1949-cu ildən Çin Xalq Respublikası), Fransa Respublikasının Müvəqqəti Hökuməti (daha sonra onu Dördüncü və Beşinci Fransa Respublikası əvəz etmişdir), Sovet Sosialist Respublikaları İttifaqı (daha sonra Rusiya Federasiyası onu əvəz etmişdir), Böyük Britaniya, ABŞ və digər imzalayan dövlətlərin əksəriyyəti daxildir. Bu vaxt, Hiroşima və Naqasakinin atom bombardmanı müvafiq olaraq 6 və 9 avqustda reallaşdı; bu yeni silah müharibəsinin tətbiqi BMT Nizamnaməsinin elan edildiyi təhlükəsizlik mühitini tamamilə dəyişdi. Hazırda dünyanın əksər dövlətləri Nizamanməni ratifikasiya etmişdir.
Sonralar 24 oktyabr Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Birləşmiş Millətlər Təşkilatı Günü elan olunmuşdur.[4]