Bismark dənizi
From Wikipedia, the free encyclopedia
Bismark dənizi (ing. Bismarck Sea), (Bəzən dənizi Yeni Qvineya dənizi adlandırırlar) — Sakit okeanın qərb hissəsində, Bismark arxipelaqında olan adalar daxilində yerləşir. Sahəsi 310,000 km², orta dərinliyi 1700 m, ən dərin yeri isə 2665 m təşkil edir. Dəniz dibi akkumluyativ suxurları ilə örtülüdür. Dənizdə yerləşən adaların böyük əksəriyyəti vulkan məşəllidir. Sahilləri çox girintili-çıxıntılıdır. Mərcan rifləri ilə zəngindir. Yeni Qvineya sahillərindən Yeni Qvineya cərəyanı keçir. Onunda sürəti 50-75 sm/san təşkil edir, boğazlarda isə axınların sürəti daha yüksəkdir. İl boyu temperatur yüksək olur, illik temperatur 28 s təşkil edir. Duzluğu 34 ‰ təşkil edir. Yağışlar mövsümündə duzluluq nisbətən aşağı düşür. Əsas limanları: Madanq (Yeni Qvineya), Rabual (Yeni Britaniya). Dənizin örgənilməsində rus səyyahı Nikolay Mikluxo-Maklayın böyük rolu olmuşdur.
Bismark dənizi | |
---|---|
ing. Bismarck Sea | |
| |
Ümumi məlumatlar | |
Tip | Adalar arası |
Sahəsi | 310,000 km² |
Eni | 577 km |
Dərin yeri | 2665 m |
Orta dərinliyi | 1700 m |
Duzluluğu | 34 ‰ |
Yerləşməsi | |
3°53′10″ c. e. 148°42′39″ ş. u. | |
Ölkə | Papua-Yeni Qvineya |
Üst akvatoriyası | |
Yerləşməsi | Okeaniya |
Vikianbarda əlaqəli mediafayllar |