Bolqarçay
From Wikipedia, the free encyclopedia
Bolqarçay — Azərbaycanın Biləsuvar rayonu ərazisindən axaraq Mahmudçala gölünə tökülür. Uzunluğu 163 km, hövzəsinin sahəsi 2170 km²-dir. Mənbəyini Talış silsiləsində, Qarıçadağın şimal yamacından (1716 m) başlayır. Yuxarı axımından Biləsuvar rayonuna qədər məsafədə Azərbaycanla İran arasında dövlət sərhədini təşkil edir. Çayın illik axımının 90-95%-ni yağış sularından əmələ gəlir. İlin soyuq aylarında yağan yağışlar çayda böyük daşqınlar əmələ gətirir. Yay aylarında çayın suyu tamamilə azalır, bəzi illərdə isə quruyur.
Cəld faktlar Balharı çayı, Ölkə ...
Balharı çayı | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon |
|
Mənbəyi | Talış dağları |
• Yüksəkliyi | 1716 m |
Mənsəbi | Mahmudçala gölü |
Uzunluğu | 163 km |
Hövzəsinin sahəsi | 2170 km² |
Bağla
Balharı çayının suyunun səmərəli istifadəsi məqsədilə çayın üzərində Bolqarçay su anbarı tikilmişdir. Muğan düzündə suvarılmada Balharı çaynıın müstəsna əhəmiyyəti var.