Broun hərəkəti
From Wikipedia, the free encyclopedia
Broun hərəkəti – maye və qazda asılı halda olan və görünən mikroskopik hissəciklərin istilik hərəkətinin riyazi ifadəsidir. Nizamsız və ya xaotik hərəkət edən molekullar Broun hissəciklərinə hər tərəfdən zərbələr endirir. Bu zərbələr bir-birini tarazlaşdırmır. Yekun zərbə qüvvəsi hissəciyin nizamsız hərəkətinə səbəb olur. Broun hərəkəti hərəkət heç vaxt kəsilmir. Temperatur artdıqca Broun hərəkəti daha da intensivləşir. Broun hissəciklərinin ölçüsü təqribən 1 mikro metr (mkm)-dir.[1][2][3]