Bunqe Torpağı
From Wikipedia, the free encyclopedia
Bunqe Torpağı — qumsal, tundra-bataqlıq ərazilərlə örtülmüş düzənlik. Kotelnı adası ilə Faddeyevski yarımadası arasında yerləşir. İnzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya Respublikası ərazisinə daxildir. Sahəsi 6,2 min. km² təmkil edir. XX əsrə aid xəritələrdə bu ərazi boğaz olaraq göstərilir.
Kotelnı adası ilə qərbdən, Qedenştorm körfəzi ilə şərqdən əhatələnir.
Ən hündür nöqtəsi 58 metrdir. Zirvə adanın mərkəzində yerləşir və Evsekyo-Bulqunnyax adlanır. Ən böyük gölü Evsekyo-Kyoeldür.
Ərazinin cənubunda eyni adlı hündürlük vardır. Burada Bunqe Torpağı qütb stansiyası yerləşir. Cənubdan Sannikov boğazı ilə Kiçik Lyaxovski adasından ayrılır. Şimalında Draqosennaya buxtası yerləşir.
Ərazi rus zooloqu Aleksandr Aleksandroviç Bunqenin şərəfinə adlandırılmışdır. O, XIX əsrdə əraziyə təşkil edilən coğrafi ekspedisiyanın üzvü olmuşdur.
Ust-Lenski qoruğunun ərazisin daxildir. Daimi əlalisi yoxdur.