Böyük şəhərdə seks (film, 2008)
From Wikipedia, the free encyclopedia
"Böyük şəhərdə seks" (ing. Sex and the City) — 2008 – ci il, ABŞ istehsalı olan HBO telekanalında yayımlanan eyni adlı serialın (serial Kendeys Buşnellin eyniadlı romanının motivləri əsasında çəkilib) film adaptasiyası olan romantik komediya filmi. Film dörd rəfiqə – Kerri Bredşou (Sara Cesika Parker), Samanta Cons (Kim Ketrall), Şarlotta York Qoldenblatt (Kristin Devis) və Miranda Hobbsun (Sintia Nikson) həyatından, Nyu-York şəhərində onların başına gələn əhvalatlardan bəhs edir. Filmdə tez-tez insanlar arasında qarşılıqlı münasibətlər, romantika və cinsəllik açıq şəkildə müzakirə edilir.
Böyük şəhərdə seks | |
---|---|
Sex and the City | |
Janr | romantik komediya, komediya filmi |
Əsas mövzu | dəb |
Rejissor | Maykl Patrik Kinq |
Prodüserlər |
Michael Patrick King Sarah Jessica Parker Darren Star John Melfi |
Ssenari müəllifi | Maykl Patrik Kinq |
Baş rollarda |
Sara Cesika Parker Kim Ketrall Sindia Nikson Kris Not Cennifer Hadson Kendis Bergen |
Operator | Con Tomas |
Bəstəkar | Aaron Zigman |
İstehsalçı | HBO Films |
Distribütor | InterCom[d], Netflix |
İlk baxış tarixi | 30 may, 2008 |
Müddət | 145 dəq. |
Büdcə | $65 milyon |
Gəlir | $415,253,641 |
Ölkə | |
Dil | ingilis dili |
İl | 2008 |
Sonrakı film | Böyük şəhərdə seks 2 |
Rəng | 145 dəq. |
Çəkiliş yeri | Nyu-York, Malibu |
IMDb | ID1000774 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin dünya premyerası 28 may, 2008 – ci ildə Londonda, Leyster Meydanında keçirilmiş, ABŞ-də isə 30 may, 2008 – ci ildə təqdim edilmişdir. Filmin davamı olan Böyük şəhərə seks 2 filmi isə 2010 – cu ildə satışa çıxarılmışdır.