Cübeyl
From Wikipedia, the free encyclopedia
Cübeyl (ərəb. جبيل Jubayl; finik. GBL) və ya Bibl (q.yun. Βύβλος Büblos) — Livanda, Dağlıq Livan mühafəzəsində şəhər. Aralıq dənizi sahilindədir.[2]
Cübeyl | |
---|---|
جبيل | |
34°07′ şm. e. 35°39′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | e. ə. VIII minillik[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 10 m |
Saat qurşağı | |
Digər | |
jbail-byblos.com | |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin qurulma tarixi dəqiq olaraq bilinmir. Bəzi mütəxəssislər bu şəhərin tarixinin 7,000 il əvvələ qədər çatdığını təxmin edir. Həmçinin, şəhərə yunanca papirus mənasını verən "Bibl" adı verilmişdir, çünki Cübeyl vaxtilə papirus ticarətinə hakim bir liman şəhəri idi.
Cübeyl e.ə. III əsr və e.ə. II əsr arasında Misir fironlarının idarəsi altında olan bütün Finikiya sahilinin həm dini, həm də ticari paytaxtı idi. Hal-hazırkı modern latın əlifbasının təməli olan ilk xətti əlifbanı da tapanlar cübeyllilər olmuşdur.
Cübeyllilər e.ə. XXI əsrdə Misir piramidalarının yaradılmasında istifadə edilən sidr ağaclarını Misirə sataraq ticarətə başlamışdılar. E.ə. XI əsrdə Finikiyanın ən önəmli şəhəri olmuş və Aralıq dənizində bir çox ticarət koloniyaları qurmuşdular. E.ə. VIII əsrdə Assuriyanın hücumlarıyla müstəqilliklərini itirmişdilər.