Cəhənnəm (Den Braun)
From Wikipedia, the free encyclopedia
Cəhənnəm (ing. Inferno) — ABŞ yazıçısı Den Braun tərəfindən 2013-cü ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi və İtirilmiş simvol romanlarından sonra dördüncü romandır.[1] Əsər ilk dəfə 14 may 2013-cü ildə "Doubleday" nəşriyyatı tərəfindən yayımlanmışdır.[2] Yayımlanmasından sonra ilk on bir həftə ərzində New York Times Best Seller siyahısına rəhbərlik edən əsər ilk on yeddi həftə ərzində də elektron kitablar siyahısına rəhbərlik etmişdir.[3]
Cəld faktlar Cəhənnəm, Müəllif ...
Cəhənnəm | |
---|---|
ing. Inferno | |
| |
Müəllif | Den Braun |
Janr | detektiv |
Orijinalın dili | ingilis dili |
Ölkə | İngiliscə |
Orijinalın nəşr ili | 2013 |
Tərcüməçi | Əfsanə Nurəli Həmzəyeva |
Seriya | Robert Lenqdon |
Nəşriyyat | Qanun |
Səhifə | 576 |
Tiraj | 1000 |
Əvvəlki | İtirilmiş simvol |
Sonrakı | Mənşə |
ISBN | ISBN 978-9952-26-844-7 |
Bağla