Cəlil Cavadov
From Wikipedia, the free encyclopedia
Cəlil Məmmədəli oğlu Cavadov (1 avqust 1918, Fatmayı, Bakı qəzası – 6 fevral 1980, Bakı) — Azərbaycan-sovet sərkərdəsi, kontr-admiral (1968), Azərbaycan və SSRİ-nin türk-müsəlman xalqlarının tarixində ilk admiral, Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC) Respublika Komitəsinin sədri (1954–1971)[1], Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırış (1959–1963) deputatı.
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Cəlil Cavadov | |
---|---|
| |
Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin Respublika Komitəsinin sədri | |
27 fevral 1954 – 7 fevral 1971 | |
1959 – 1963 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Fatmayı, Bakı qəzası, Azərbaycan Demokratik Respublikası |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
AXC→ SSRİ |
Təhsili |
|
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | Məmmədəli Cavadov |
Anası | Həmidə Cavadova |
Həyat yoldaşı | Gülsüm Bağırbəyova |
Uşaqları | Həmidə, Fəridə, Cəmilə, Azadə |
Hərbi xidmət | |
Xidmət illəri | 1937–1980 |
Mənsubiyyəti | SSRİ |
Qoşun növü | Dəniz donanması |
Döyüşlər | Böyük Vətən müharibəsi |
Rütbəsi | Kontr-admiral |
|
|
Təltifləri |
1945 1944 1945 1945 1948 1965 1970 1978 2005 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Cəlil Cavadov Böyük Vətən müharibəsi zamanı Qara dəniz, Şimal dənizi, Baltik dənizində, eləcə də Dunay çayında keçirilən hərbi əməliyyatlar zamanı desant çıxarılması və bir sıra şəhərlərin təxliyə olunmasında iştirak etmişdir. O, döyüşlərdə və OADYKC-da xidmətlərinə görə 2 dəfə "Qırmızı Ulduz" ordeni və bir sıra medallarla təltif olunmuşdur.