Cənubi Florida Universiteti
From Wikipedia, the free encyclopedia
Cənubi Florida Universiteti (ing. University of South Florida) — Amerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən dövlət universitetidir.[3][4][5][6] Universitetin əsas kampusu Floridanın Tampa şəhərinin şimalında, digər kampuslar isə Floridanın Sarasota, Sankt-Peterburq[7] və Leykland kimi başqa şəhərlərində yerləşir.[8] Universitet Carneige Dərnəyinin apardığı sorğu nəticəsində ən çox araşdırma aparılan universitet kateqoriyasında yer alır.[9]
Cənubi Florida Universiteti | |
---|---|
ing. University of South Florida | |
28°03′16″ şm. e. 82°24′49″ q. u. | |
Şüar |
ing. Truth and Wisdom (azərb. Həqiqət və hikmət) |
Əsası qoyulub | 1956 |
Tip | Dövlət universiteti |
Rektor | Dr.Judy Genşaft |
Tələbə sayı | 47.646[1] |
Ölkə | |
Universitet şəhərciyi | Tampa |
Universitet şəhərciyi 2 | Sankt-Peterburq |
Sayt | usf.edu |
Vikianbarda əlaqəli mediafayllar |
1956-cı ildə qurulan Cənubi Florida Universiteti Florida Universiteti və Mərkəzi Florida Universitetindən sonra Florida əyalətində üçüncü ən böyük universitet olaraq göstərilir.[1][10][11] Eyni zamanda, universitetə 2007-ci ilin payızında 45.24 tələbə qeydiyyat olmuşdu.[12]. Tələbə sayı baxımından da Amerikanın doqquzuncu ən böyük universiteti xüsusiyyətini daşıyır.[13] Cənubi Florida Universiteti, Carnegie Dərnəyinə görə İctimai İnteqrasiya universiteti xüsusiyyətini daşıyan bir universitetdır.[14] Həmçinin, universitetin biomolekulların təyin edilməsi məqsədi ilə qurmağa çalışdığı texniki mərkəz üçün ayırdığı 8 milyon ABŞ dolları pul, Florida Texnologiya, Araşdırma, Kurs quruluşu tərəfindən bu tərz bir iş üçün ayrılan ən geniş büdcə olaraq göstərilmişdir.[15] Princeton Review adlı Amerikan təhsil qurumu universiteti Amerikanın ən yaxşı 366 universiteti arasında göstərmişdir.[16] Amerikanın ən genişmiqyaslı Parkinson, Altshaymer və Huntington xəstəlikləri araşdırma mərkəzləri də Cənubi Florida Universitetində yerləşir.[17] Cənubi Florida Universitetində beş strateji öncəliyi, tələbə uğuru, araşdırma və yenilik, ictimai inteqrasiya, qlobal təhsil və inteqrasiya fənlərarası araşdırmalardır.