Centum və satem dilləri
From Wikipedia, the free encyclopedia
Hind-Avropa ailəsinin dilləri yenidən qurulmuş proto-Hind-Avropa dilinin dilüstü samitlərinin (“K” və “G” tipli səslər) necə olduğuna görə ya sentum dillərinə (bəzən centum adlanır) və ya satem dillərinə bölünür. Bu fərqə misal olaraq proto-Hind-Avropa dillərindəki “100” sözünü göstərmək olar. Kentum dillərində adətən /k/ səsi ilə başlayan 100 (latınca centum /k/ ilə tələffüz olunur), satem dillərində adətən /s/ ilə başlayır (satem Avesta dilindən gəlir).
Centum-satem bölgüsü Hind-Avropa dillərinin sinxron təsvirində izoqloss təşkil edir. Bu gün proto-Hind-Avropa dilinin növbə ilə Kentum və satem dillərinə bölünməsi və bütün Kentum və Satem dillərinin bu iki dildən ayrılaraq şərq və qərb qollarına bölünməsi yerinə bu xüsusiyyətlərin bir-birindən müstəqil şəkildə formalaşmış ola biləcəyi düşünülür. Bu arqument xüsusilə də ən şərqə yayılmış Hind-Avropa dili olan Toxar dilinin bir Kentum dili olmasının kəşfi ilə daha da çox dəstəklənmişdir.