Corc Oruellin biblioqrafiyası
From Wikipedia, the free encyclopedia
Corc Oruellin biblioqrafiyası — britaniyalı yazıçı Erik Artur Bleyer (1903–1950) tərəfindən bəziləri əsl adı ilə, bir çoxu isə Corc Oruell təxəllüsü ilə yayımlanan jurnal, esse, roman və qeyri-bədii əsərlərin siyahısı. Oruell "ehtimal ki, 20-ci əsrin ingilis mədəniyyətinin ən yaxşı salnaməçisi" elan edilmişdir və müasir ingilis cəmiyyəti və ədəbi tənqid ilə bağlı mövzularda məhsuldar bir yazıçı olmuşdur.[1] Qeyri-bədii mədəni və siyasi tənqid onun əsərlərinin böyük əksəriyyətini təşkil edirdi, lakin Oruell bədii ədəbiyyatın digər bir neçə janrına da müraciət etmişdir.
Kitablar↙ | 3 |
---|---|
Romanlar↙ | 6 |
Məqalələr↙ | 556 |
Hekayələr↙ | 5 |
Kolleksiyalar↙ | 7 |
Pamfletlər↙ | 7 |
Şeirlər↙ | 18 |
Pyeslər↙ | 1 |
Ssenarilər↙ | 4 |
Jurnallar↙ | 5 |
Məktublar↙ | 5 |
Redaktə etdiyi kitablar↙ | 2 |
Redaktə etdiyi jurnallar↙ | 1 |
Redaktə etdiyi qəzetlər↙ | 2 |
Bütün işlər↙ | 647 |
İstinadlar və qeydlər |
Oruell daha çox siyasi şərhləri ilə solçu anti-totalitar kimi yadda qalmışdır. O, "Niyə yazıram" (1946) essesində izah etdiyi kimi, "1936-cı ildən bəri yazdığım bütün ciddi əsərlərin hər bir sətri birbaşa və ya dolayı yolla, mənim başa düşdüyüm kimi, totalitarizmin əleyhinə və demokratik sosializmin lehinə yazılmışdır".[2] Bu məqsədlə Oruell öz siyasi əqidəsini müdafiə etmək üçün bədii ədəbiyyatdan, eləcə də jurnalistikasından istifadə edirdi. O, ilk dəfə "Heyvanıstan" adlı povesti ilə geniş şöhrət qazanmış və ölümündən qısa müddət əvvəl "1984" romanının nəşri ilə tarixdəki yerini möhkəmləndirmişdi. Bədii ədəbiyyat onun yaradıcılığının kiçik bir hissəsini təşkil etsə də, bu iki roman onun ən çox satılan əsərləridir və 2007-ci ilə qədər altmış iki dildə demək olar ki, əlli milyon nüsxə — bütün digər iyirminci əsr müəlliflərinin hər hansı bir kitab cütlüyündən daha çox satılmışdır.[3]
Oruell Britaniyanın müxtəlif jurnalları üçün qeyri-bədii ədəbiyyat, o cümlədən kitab icmalları, redaksiya məqalələri və jurnalistika araşdırmaları yazmışdır. O, sağlığında yüzlərlə məqalə, o cümlədən Britaniya xəbər həftələrində ədəbi və mədəni tənqidlə, eləcə də açıq-aşkar siyasi yazıları ilə bağlı bir neçə müntəzəm qəzet sütunları dərc etdirdi. Bundan əlavə, o, "Paris və Londonda qara qəpiksiz" və "Viqan Perə gedən yol" adında Britaniyada yoxsulluq haqqında kitab uzunluğunda araşdırmalar və İspaniya vətəndaş müharibəsi haqqında ilk retrospektivlərdən biri olan "Kataloniyaya məhəbbətlə" kitabını yazdı. 1941–1946-cı illər arasında o, həmçinin amerikan siyasi və ədəbiyyat jurnalı "Partisan Review" üçün birincisi 1941-ci ilin mart-aprel tarixli sayında dərc olunan on beş "London məktubları" yazdı.
Oruellin əsərlərinin cəmi iki məcmuəsi onun sağlığında nəşr olundu, lakin ölümündən sonra 12-dən artıq məcmuəsi ortaya çıxdı. Tam əhatəli kolleksiyalar üçün iki cəhd edilmişdir: İan Anqus və Oruellin yoldaşı Sonya Braunell tərəfindən birlikdə redaktə edilmiş dörd cildlik "Toplanmış Esselər, Jurnalistika və Məktublar" (1968, 1970) və 1980-ci illərin ortalarında nəşrə başlayan Piter Devisonun redaktorluğu ilə 20 cildlik "Corc Oruellin əsərlər toplusu". İkinci məcmuəyə "İtmiş Oruell" (2007) adlı addendum da daxildir.
Oruellin böyük məcmuəsinin təsirləri "1984" kimi qərbi kanonuna olan əlavələrdə, onun davamlı ictimai xəbərdarlığa və elmi təhlillərə tabe olmasında və onun təsir etdiyi yerli ingilis dilində olan dəyişikliklərdə, xüsusilə totalitar cəmiyyətləri təsvir etmək üçün "Oruellçilər" deyilməsində özünü göstərir.