Dərin boğaz (film, 1972)
From Wikipedia, the free encyclopedia
Dərin boğaz (ing. Deep Throat) — 1972-ci ilin yayında yayımlanan Amerika porno filmidir. Linda Lovelace (Linda Susan Boreman) adlı aktrisanın baş rol aldığı filmin ssenari müəllifi və rejissoru Cerard Damianodur. Ekranlara çıxdığı andan etibarən bir hadisə yaratmış, bir çox kinoteatrlarda nümayiş olunmuş və böyük müvəffəqiyyətlər qazanmışdır. Bütün dövrlərin ən təsirli və sensasiyalı porno filmi hesab olunur.
Cəld faktlar Dərin boğaz, Janr ...
Dərin boğaz | |
---|---|
ing. Deep Throat | |
Janr | Pornoqrafik film |
Rejissor | |
Ssenari müəllifi | |
Baş rollarda | |
Bəstəkar | |
Montajçı | Cerard Damiano |
İlk baxış tarixi | 1972 |
Müddət | 61 dəq. |
Büdcə | 24.000 HK$ |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Mayami, Florida |
IMDb | ID0068468 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Böyük Britaniyada film nümayiş olunduqdan sonra qadağan edilmiş, 10 il sonra isə bu qadağa məhkəmələr tərəfindən təsdiqlənərək qüvvədə saxlanılmışdır. Filmin kəsilməmiş DVD-si nəhayət, 2000-ci ildə R18 reytinqi əldə etməyi bacarır və bu lisenziya ilə Böyük Britaniyada seks mağazalarında satılmağa imkan qazanır.