Derəfş Kavyani
From Wikipedia, the free encyclopedia
Derəfş Kavyani[1] (fars. درفش کاویانی) — qədim zamanlardan Sasani imperiyası süqutuna qədər istifadə edilən İran kral derəfşi. Ərəblərin İranı zəbt etməsi prosesində Sasanilərin məğlubiyyətindən sonra bayraq müəyyən bir Zerər bin Xəttab tərəfindən bərpa edilmiş, bunun üçün 30 min dinar almışdır. Xəlifə Ömər bayraqdan bütün qiymətli daşlar çıxarıldıqdan sonra onun yandırılmasını əmr etmişdir. Bayraq həmçinin, "Cəmşid ştandartı" (Drəfş-i Cəmşid, درفش جمشید), "Firidun ştandartı" (Drəfş-i Freydun, درفش فریدون) və "Kral ştandartı" (Drəfş-i Kəyi, درفش کیی) adlandırılmışdır.
İsveç tarixçisi Stiq Vikander bayrağın həm də zərdüştilik dininə mənsub bir qrup "Avesta" döyüşçüləri və rahibləri tərəfindən daşındığını iddia etmişdir. "Derəfş Kavyani"nin Parfiya dövründə İranın dövlət bayrağı olduğunu da sübut etmişdir.