Dieqo Armando Maradonanın milli komandada vurduğu qolların siyahısı
From Wikipedia, the free encyclopedia
Bu Argentina milli futbol komandasının şərəfini qorumuş, Dieqo Armando Maradonanın milli komandada vurduğu qolların siyahısıdır. O, millinin tərkibində ümumilikdə 91 matç keçirmiş və 34 dəfə fərqlənə bilmişdir. Millidə ilk debütünü 27 fevral 1977-ci ildə Macarıstan yığmasına qarşı etmişdir. Əsas millinin tərkibində isə ilk qoluna Şotlandiya millisinə 3-1 hesabı ilə qalib gəldikləri oyunda vurmuşdur.