Eysebionun milli komandada vurduğu qolların siyahısı
From Wikipedia, the free encyclopedia
Eysebio (1942–2014) 1961-1973-cü illər aralığında 64 matçda çıxış etdiyi Portuqaliya milli futbol komandasının tərkibində 41 qola imza atmışdır.[1]
O, millinin tarixində ən çox qol vurmuş oyunçu kimi qalırdı ta ki, 2005-ci ildə Pauleta onun bu rekordunu təzələyənədək. Hal-hazırda o, Kriştiano Ronaldonun birinci olduğu sıralamada üçüncü pillədə qərarlaşıb.[2][3]
Eysebio 1966 FİFA Dünya Kuboku turnirinin 9 qol ilə bombardiri olmuşdur. Həmçinin yarımfinal qarşılaşmasında o Şimali Koreya milli komandasının qapısından 4 top keçirmişdir. O, beynəlxalq oyunlarda 2 dəfə het-trikə imza atmışdır; buraya Şimali Koreya və turnirin seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirdiyi oyunlar daxildir.