Filadelfiya təcrübəsi
From Wikipedia, the free encyclopedia
Filadelfiya eksperimenti (ing. Philadelphia Experiment) — ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aparılan əfsanəvi eksperimentdir.[1][2][3] 28 oktyabr 1943-cü ildə ABŞ donanmasının Pensilvaniya əyalətinə bağlı olan Filadelfiya şəhərinin limanında baş verən təcrübədir. İddiaya görə, donanmaya aid bir qoruma destroyeri olan DE 173 sinifi 1240 tonluq "USS Eldridge" bir neçə dəqiqə içərisində 600 km.-dən çox bir uzaqlığa gedib və təkrar gəlmişdir. Təcrübənin varlığı mövzusunda heç bir dəlil yoxdur. Amerika donanması da belə bir təcrübənin qeydlərdə var olmadığını ifadə etmişdir. Al Bielek xaric təcrübəyə qatıldığı iddia edilən bütün əsgərlər bunu yalan, hekayənin bir aldatmaca olduğunu söyləmişlər. Bielekin hekayəsi də daha sonra təkzib olunmuşdu. Layihənin digər adı "Göy qurşağı" əməliyyatıdır (ing. Rainbow Project). "Filadelfiya eksperimenti" əsas məqsədi gözəgörünməz gəmilər yaratmaq idi. Eksperiment "şəhər əfsanəsi"dir. Lakin bu əfsanə doğru da ola bilər. 1984-cü ildə "Filadelfiya eksperimenti" filmi çəkildikdən sonra əfsanədən yenidən danışılmağa başlandı.[4][5][6][7][8][9] "Göy qurşağı əməliyyatı" (ing. Rainbow Project) adıyla da bilinən bu təcrübə, 1984-cü ildə ağ pərdəyə, yəni, bu haqda filmin çəkilişinə kimi ciddiyə alınmamışdı. Ancaq o tarixin bu günə qədər rəsmi mövqelər tərəfindən dəfələrlə uydurma hesab olunmasına baxmayaraq ən çox maraqlanılan mövzulardan biri olmuşdur.[10][11][12][13]