Fizika üzrə "Nobel" mükafatı
İsveç Kral Elmlər Akademiyası tərəfindən, fizika sahəsində insanlığa əlamətdar töhvə verənlər üçün illik mükafat / From Wikipedia, the free encyclopedia
Fizika üzrə Nobel mükafatı (isv. Nobelpriset i fysik) — İsveç Kral Elmlər Akademiyası tərəfindən fizika sahəsi üzrə insanlığa əlamətdar töhfələr verənlər üçün hər il təqdim olunan mükafat. Bu mükafat Alfred Nobelin istəyi ilə 1895-ci ildə əsası qoyulan və 1901-ci ildən hər il verilən beş Nobel mükafatından biridir. Digər mükafatlar Kimya üzrə Nobel mükafatı, Ədəbiyyat üzrə Nobel mükafatı, Nobel sülh mükafatı və Fiziologiya və tibb üzrə Nobel mükafatıdır.
Fizika üzrə Nobel mükafatı | |
---|---|
|
|
Ölkə | Stokholm, İsveç |
Tip | elmi mükafat[d] |
Kimə verilir | Fizika sahəsində insanlığa əlamətdar töhfə verənlərə |
Təltif edir | İsveç Kral Elmlər Akademiyası |
Statistika | |
Təsis tarixi | 10 dekabr 1901 (122 il əvvəl) (1901-12-10) |
İlk təltif | |
Təltif sayı | 9 million SEK (2017)[1] |
nobelprize.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Fizika üzrə ilk mükafatı rentgen şüasının kəşfində göstərdiyi xidmətlərinə görə Vilhelm Rentgen almışdır. Bu mükafat Nobel Fondu tərəfindən idarə olunur və bir alimin fizika sahəsi üzrə ala biləcəyi ən prestijli mükafat hesab edilir. Mükafat Stokholmda 10 dekabr Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. 2019-cu ilə qədər 212 nəfər bu mükafata layiq görülmüşdür.[2]