Frans Bekkenbauerin milli komandada vurduğu qolların siyahısı
From Wikipedia, the free encyclopedia
Bu Qərbi Almaniya millisinin şərəfini qorumuş, dünyanın ən yaxşı futbolçularından biri hesab olunan Frans Bekkenbauerin milli komandada vurduğu qolların siyahısı. O, 1965–1977-ci illər aralığında 103 matçda millinin formasını geyinmiş və 14 qola imza atmışdır. İlk matçını 1965-ci ilin 26 sentyabr tarixində keçirmişdir. O, 1966 FİFA Dünya Kubokunda gümüş medal, 1970 FİFA Dünya Kubokunda bürünc və nəhayət 1974 FİFA Dünya Kubokunda qızıl medal qazanmışdır. Həmçinin hər 3 Dünya Kuboku turnirinin rəmzi yığmasına daxil edilmişdir. Bundan başqa o, UEFA Avro 1972 turnirini qalib kimi, UEFA Avro 1976 turnirini isə gümüş mükafatçı kimi bitirməyə müvəffəq olmuşdur.