Frigiya-yunan fərziyyəsi
From Wikipedia, the free encyclopedia
Frigiya-yunan fərziyyəsi — Hind-Avropa dil qrupunun fərziyyəvi qolu. Bu qrup qədim yunan (müxtəlif dialektləri ilə birlikdə) və Frigiya dillərini birləşdirir. Yunan dili erməni (erməni-yunan; ari-yunan), qədim makedon və messap dilləriylə də uyğunlaşdırılmışdır. Ermənicə istisna olmaqla, bu dillər bəzən "yunan" qrupu altında sinifləşdirilir.
Çexiya dilşünası Vatslav Blajek bu iki dilin qədimliyi və həmin dillərdə yazılmış mətnlərin az olmasından onların sinifləşdirilməsinin doğru olmadığını deyir. Klod Briks qədim yunan və frig dillərində digər dillərdə olmayan bənzərliklərin olduğunu deyir.