Günəş vaxtı
From Wikipedia, the free encyclopedia
Günəş vaxtı — Astronomiyada[1] əsas zaman vahidi Yerin öz оxu ətrafında fırlanma dövrüdür. Bu zaman vahidi gün adlanır. Gün seçilmiş göy cisminin və ya xəyali bir nöqtənin verilmiş coğrafi meridianda iki ardıcıl eyni adlı kulminasiyası arasındakı vaxtdır. Göy sferində seçilmiş cismə və ya nöqtəyə görə gün xüsusi ad alır. Məsələn, həqiqi Günəş günü, orta Günəş günü, ulduz günü və s.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sonra görəcəyimiz kimi bu günlərin uzunluğu bir qədər fərqlidir. Kiçik zaman fasilələrini ölçmək üçün günün hissələrindən istifadə olunur. Məsələn, həqiqi Günəş gününün 24-də birinə bir Günəş saatı, Günəş saatının 60-da birinə bir Günəş dəqiqəsi və Günəş dəqiqəsinin 60-da birinə bir Günəş saniyəsi deyilir. Yəni,
Is = 1/(24•60•60) =1/86400 — orta Günəş günü.
Gün batımı və ya Günəş batması Yerin fırlanma nəticəsində üfüqün altındakı Günəşin yox olmasıdır.
Gün batımı zamanı astronomiyada Günəşin diskinin arxa kənarı üfüqün altına endirildiyi an kimi təyin olunur. Üfüq yaxınlığında atmosfer süzgəsi, Günəşdən gələn şüanın işıq yolunu belə bir şəkildə təhrif edər ki, günəş batışı müşahidə edildiyi zaman geometrik şəkildə Günəş[1] diskinin üfüqün altından bir diametrə bərabərdir[2].