Gürcüstan rusları
From Wikipedia, the free encyclopedia
Gürcüstan rusları — respublikanın tarixi etnik icmalarından biridir.
Gürcüstanın 2014-cü il siyahıya alınmasına görə respublikanın üçüncü böyük etnik azlığıdır. Çağdaş Rusiyadan kənarda MDB ölkələrindəki rus diasporlarından biridir. İqtisadi tənəzzül və etnik təmizlənmə 1990-cı illərin əvvəllərində rusların Gürcüstandan kütləvi şəkildə mühacirətinə səbəb olmuşdur. Bu öz növbəsində, ölkənin rus əhalisinin əhəmiyyətli dərəcədə qocalmasına və demoqrafik göstəricilərinin pisləşməsinə səbəb olur. Baxmayaraq ki, 2000-ci ildən sonra bir qədər sabitləşmə müşahidə olunmuşdur. Rusların ümumi əhali üzrə payı əhəmiyyətli dərəcədə azalıb: 1960-cı illərin əvvəllərindəki 10,1% -dən 2014-cü ildə 0,7% -ə enmişdir.