Gilgilçay səddi
From Wikipedia, the free encyclopedia
Gilgilçay səddi — Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddi.
Gilgilçay səddi | |
---|---|
41°09′07″ şm. e. 49°05′17″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Siyəzən |
Yerləşir | Gilgilçayın sahili |
Aidiyyatı |
Qafqaz Albaniyası Sasanilər imperiyası |
Tikilmə tarixi | V əsr |
Üslubu |
Qafqaz Albaniyasının memarlığı Sasani memarlığı |
Vəziyyəti | xarabalıqları qalıb |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: The Caspian Shore Defensive Constructions | |
Tipi | Mədəni |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1573 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 1697 |
İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdilli qaynaqlarda "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı I Qubad (488-531) zamanında qoyulduğu bildirilir. Gilgilçayın Xəzər dənizinə töküldüyü yerdən başlayan səddin divarları Babadağın zirvəsinə doğru 60 kilometrəcən uzanır.
Gilgilçay səddinə daxil olan Çıraqqala Azərbaycanın dağ qalaları içərisində ən oynaq silueti olan abidədir. V əsrin yadigarı sayılan Çıraqqala fəal mövqeyi, möhkəm quruluşu ilə Gilgilçay səddinin baş dayaq məntəqəsi idi; dinclik çağında geniş ərazini nəzarət altında saxlayırdısa, təhlükə baş verəndə azman çırağa çevrilir, təhlükə sorağını dörd yana yayırdı.